UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, ilk seansda dörd qarşılaşma baş tutub.
İngiltərənin “Arsenal” klubu Portuqaliyada “Sportinq”in qonağı olub. Matçda hesabı londonlular açsalar da, üstünlüyü qorumağı bacarmayıblar. 22-ci dəqiqədə Vilyam Salibanın qoluna 36-cı dəqiqədə Qonçalu İnasiu, 55-ci dəqiqədə Paulinyo cavab verib. Lakin 62-cü dəqiqədə Hidemasa Moritann avtoqolu ingilislərin Pireneydən sərfəli nəticə ilə qayıtması üçün kifayət edib.
İtaliyanın “Roma” klubu “Real Sosyedad”ı qəbul edib. Görüş “canavarlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə Stefan El-Şaravi açıb. 87-ci dəqiqədə isə Maraş Kumbulla matçda son nöqtəni qoyub.
Leverkuzen “Bayer”i Almaniyada Macarıstanın “Ferantsvaroş” klubunu qəbul edib. Bu görüş də ev sahibinin “quru” hesablı qələbəsi ilə başa çatıb. 10-cu dəqiqədə Kerem Demirbayın hesabı açdığı qarşılaşmada nəticəni 86-cı dəqiqədə Edmond Tapsoba müəyyənləşdirib.
Almaniyanın digər təmsilçisi “Union” isə evdə heç-heçə ilə kifayətlənib. Belçika “Union”u ilə qarşılaşan komanda 3:3 hesablı heç-heçəyə razılaşıb.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 2:2
Qollar: Q.İnasiu, 36, Paulinyo, 55 – V.Saliba, 22, H.Morita, 62 (öz qapısına)
21:45. “Roma” (İtaliya) – “Real Sosyedad” (İspaniya) – 2:0
Qollar: S.El Şaravi, 13, M.Kumbulla, 87
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Ferentsvaroş” (Macarıstan) – 2:0
Qollar: K.Demirbay, 10, E.Tabsoba, 86
21:45. “Union” (Berlin, Almaniya) – “Union” (Belçika) – 3:3
Qollar: Y.Yuranovuç, 42, R.Noçe, 69, S.Miçel, 89 – V.Bonifase, 28, 72, Y.Vertessn, 58
Xeberal.az