Zərdabda iki nəfər bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı baş verib.
Belə ki, kənd sakinləri Qarazadə Şəmsi Böyükəli oğlu və Qarayev Rəşad Qara oğlu kənddə keçirilən toy məclisində həmkəndliləri Babayev Əqdəm Abdulməcid oğlu ilə aralarında yaranan mübahisə zamanı Ə.Babayev tərəfindən bıçaqlanıblar.
Faktla bağlı araşdırma aparılır.