Bu gün Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur. Xəbər portalının baş redaktoru Peyman Sadıqovun verdiyi məlumata görə, Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır. Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb. Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Oxşar Xəbərlər
Ölkəmizin enerji potensialının artırılmasına töhfə
Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında demişdir ki, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya […]
Avropa şəhərlərində Santa-Klaus yürüşləri təşkil edilib – FOTO
Avropa qitəsinin müxtəlif şəhərlərində Yeni il ərəfəsində ənənəvi Santa-Klaus yürüşləri təşkil edilib. Santa-Klaus geyimində olan minlərlə şəxsin xeyriyyəçilik məqsədilə təşkil etdikləri yürüşdə yığılan vəsait xəstələrə, ehtiyacı olan ailələrə təqdim edilir. Qeyd edək ki, Avropa şəhərlərində Milad bayramı öncəsi keçirilən xeyriyyə aksiyasında hər kəs iştirak edə bilər. Yürüşün əsas atributu Şaxta babanın kostyumudur. Mənbə: Sputnik Xeberal.az
Qanunsuz yolla ağac kömürü istehsal edən ocaqxanaların fəaliyyəti dayandırıldı – FOTO/VİDEO
İsmayıllı rayonu, Basqal kəndində meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən dörd ədəd ocaqxana aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə […]