“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Maştağa qəsəbəsi 1 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb. İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un təlimçisi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər. Bağlanışda “Loqos” un təlimçisi Kamran Məmmədov uşaqlara “Motivasiya, şəxsi inkişaf və uğur” adlı təlim keçib. Təlim zamanı bildirilib ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdən sonra uşaqlar qrup işi hazırlayıb, təqdimat ediblər. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Maştağa 1 nömrəli internat evində 12 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib. Hal-hazırda Buzovnada 10 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.
Oxşar Xəbərlər
Azərbaycan Avropa şirkəti ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayacaq
Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası “Wind Europe” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. “Report” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada […]
Əmanət yerləşdirək, yoxsa istiqraz alaq? – FOTO
Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etdikcə vətəndaşların əllərindəki vəsaitdən pul qazanmaq imkanları da genişlənir. Son illər xüsusilə istiqraz bazarında əməlli-başlı aktivlik müşahidə edilir, insanlara əlavə gəlir əldə etmək imkanları yaradılır. Əgər əvvəllər vətəndaşlar pullarını yalnız Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) zəmanəti ilə banklara əmanət formasında yerləşdirirdilərsə, Dövlət Neft Şirkəti (SOCAR), “AzerGold” QSC kimi dövlət müəssisələrinin […]
“Böhran” içində olduğu deyilən ermənilər şənliklər keçirirlər – VİDEOFAKT
“Humanitar böhran” içində olduğu deyilən ermənilərin şənliklər təşkil etməsinin görüntüləri yayılıb. “Trend” xəbər verir ki, avqust ayının son günlərində lentə alınan görüntülərdə Qarabağda yaşayan ermənilərin şənlik keçirdikləri və əyləncə partiləri təşkil etdikləri açıq aşkar görünür. Görüntülərdə bütün dünyaya “humanitar böhran” içində olduqlarına bəyan etməyə çalışan ermənilərin heçdə acınacaqlı vəziyyətdə olmadıqları açıq-aşkar görünür. Ermənilər növbəti dəfə […]