“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Maştağa qəsəbəsi 1 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb. İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un təlimçisi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər. Bağlanışda “Loqos” un təlimçisi Kamran Məmmədov uşaqlara “Motivasiya, şəxsi inkişaf və uğur” adlı təlim keçib. Təlim zamanı bildirilib ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdən sonra uşaqlar qrup işi hazırlayıb, təqdimat ediblər. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Maştağa 1 nömrəli internat evində 12 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib. Hal-hazırda Buzovnada 10 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.
Oxşar Xəbərlər
İngilis yazıçı Loren But Qaziantepdəki yardım işlərinə qoşulub – VİDEO
İngilis yazıçı Loren But Qaziantepdəki yardım işlərinə qoşulub. O, ictimaiyyətə müraciət edərək hər şeydən əvvəl dua etməyi xahiş edib. “Xahiş edirəm, sağ qalanları qida, su, sığınacaq və geyimlə təmin etmək üçün əlinizdən gələni edin. Və hər şeydən əvvəl dua etməyə davam edək”, – deyə yazıçı bildirib. Mənbə: Anadolu Xeberal.az
Azərbaycan sərhədçiləri iranlı narkotacirlərə atəş açdılar: Xəsarət alan var – FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, yanvar ayının 5-də saat 09:53-də […]
Aİ iki ölkəni mərhələli şəkildə Şengenə inteqrasiya edəcək
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin mart ayından etibarən dəniz və hava sərhədlərində Rumıniya və Bolqarıstan üçün Şengen zonası daxilində sərhəd nəzarətini ləğv etmək qərarına gəlib. Bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib. Qeyd olunub ki, Aİ Şurasının üzvləri bu qərarı yekdilliklə qəbul ediblər. “Bu addım səyahəti, ticarəti, turizmi stimullaşdıracaq və daxili bazarı gücləndirəcək”, – deyə […]