Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törədilib.
Bu haqda Moderator.az -a Fəzail Ağamalı özü məlumat verib.
Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının köməkliyi ilə ərazini tərk etmişdir. Fəzail Ağamalının tərəfdarları və minik maşını hücumlara məruz qalmışdır.
“Mən burdayam, İlahi” filmindəki rolu keyfiyyətli ifa etməyim vətəndaşlıq borcum idi”. Bu sözləri Oxu.Az-a açıqlamasında “Mən burdayam, İlahi” filminin qala gecəsində aktyor Rasim Cəfər deyib. Aktyor qeyd edib ki, filmdə canlandırdığı obraz onun üçün həddindən artıq məsuliyyətli bir obrazdır: “Ona görə də filmin rejissorlarından baş rol ilə bağlı təklif aldıqda onlarla bu mövzuda bir xeyli müzakirə apardıq. […]
Kolumbiya həbsxanasında iğtişaş zamanı başlayan yanğında azı 51 məhbus həyatını itirib. Hadisə ölkənin cənub-qərbində yerləşən Tulua şəhərində baş verib. Məlumata görə, yanğın bəzi məhkumların döşəkləri yandırması nəticəsində başlayıb. Ölənlərin əksəriyyəti tüstüdən boğulub. Yanğından zərər çəkmiş 24 məhbusun müalicəsi xəstəxanada davam etdirilir. Ümumilikdə həbsxanada 1267, yanğının baş verdiyi kameralar blokunda isə 180 məhbus olub. Mənbə: www.aussiedlerbote.de […]
Ukraynada silahlı qüvvələrin həlak olan hərbçilərinin basdırıldığı kütləvi məzarlıq və qəbiristanlıqlarda foto və videoçəkilişlər qadağan edilə bilər. Məlumata görə, hazırda müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim olunub. Qəbul ediləcəyi təqdirdə öldürülən hərbçilərin sayı ilə bağlı məlumatlar dövlət sirri olacaq. Qanun layihəsinin müəlliflərinin fikrincə, belə yerlərdə foto və videoçəkilişlər Rusiyaya “qiymətli kəşfiyyat məlumatları” verə bilər. […]