Dünya

Avstriyalı aktyor uşaq pornosuna görə ittiham olunur

Sharing is caring!

“Korsaj” filmində rol alan avstriyalı aktyor Florian Tayxtmeyster uşaq pornoqrafiyası saxlamaqda ittiham olunub.

Məlumata görə, aktyora məxsus daşıyıcılarda azyaşlıların təsvir olunduğu 58 min rəqəmsal şəkil tapılıb. Təsvirdəki uşaqlardan bəzilərinin 14 yaşı var.

Məhkəmənin baxış iclası fevralın 8-nə təyin edilib. Tayxtmeysteri iki ilə qədər həbs gözləyir.

Aktyorun vəkili Maykl Raminin sözlərinə görə, sənərçi günahını etiraf etmək və etdiyi əmələ görə bütün məsuliyyəti öz üzərinə götürmək niyyətindədir.

“O, bütün istintaq boyu etiraf edib və həmişə hakimiyyətlə əməkdaşlıq edib”, – deyən vəkil aktyorun şəkillərdə təsvir olunan insanlara qarşı qanunsuz hərəkətlər etmədiyini vurğulayıb.

Qeyd edək ki, məsələ üzə çıxdıqdan sonra Vyana Burqteatrı aktyorla müqaviləsini ləğv edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir