: ABŞ “demokratlarının” Donald Trampa qarşı qaldırdığı İmpiçment nümayəndələr palatası tərəfindən qəbul olundu.Bu hadisə ABŞ-da 3 cü dəfə təkrar olunur.Trampdan öncə Cekson və Klintona qarşı da impinçment tətbiq olunmuşdu.Lakin hər iki halda senat impinçmenti rədd etmişdir.Hazırda demokratlar iki əsas səbəb gətirərək Trampı vəzifəsindən uzaqlaşdırmağa çalışırlar.Bunlar ABŞ-ın Ukraynaya yardımı dayandırması və 2020 -ci il preizdent seçkilərində Trampa ciddi rəqib olacaq Co Baydenə qarşı təzyiqlərdir.Təbii ki, bunlar prosesin hüquqi tərəfləridir.Əslində isə Trampa qarşı daha böyük və ciddi ittihmlar var.Trampın hakimiyyətə gəlişindən sonra Orta Doğuda qərbin çox ciddi problemləri yaranmağa başlanıb.Təkcə hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çox olan ABŞ bir çox məqamlarda Rusiya ilə hesablaşmağa məcbur olub.Demokratlar Rusiya qarşı loyal münasibət sərgilədiyinə görə ona daha çox qızğındırlar.Həmçini NATO üzvü olan və bu qurumun ən güclü quru qoşunlarına malik olan Türkiyə ilə münasibətlər getdikcə pisləşir.Regionda Türkiyə kimi hərbi potensialı və döyüşkən heyyəti olan bir ordunu itirməsi NATO-nun zəifləməsinə gətirib çıxara bilər.Respublikaçılar qərara təcili olaraq yanvar ayının ilk 10 günlüyündə baxılmasına çalışacaqlar ki, növbəti dəfə impinçmenti rədd etsinlər.Lakin demokratlar israrlı görünürlər.Senatda qərarın qəbul olunması üçün səslərin üçdə ikisinə ehtiyac var.Respublikaçıların üstünlük təşkil etdiyi senatda belə qərarın verilməsi mümkün görünməsə də demokratiyanın beşiyində hər şey mümkündür.
Oxşar Xəbərlər
Ermənilərin Qarabağa silah daşımaları davam edir – Xəbərlərin 17:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. Prezident İlham Əliyev Almaniyaya işgüzar səfər edib. Ermənilərin Qarabağa silah daşımaları davam edir. Rusiya sülhməramlıları yenə də qanunsuzluğa göz yumurlar. Paytaxtda baş verən silahlı insidentin detalları məlum oldu. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az
Uşaqlar neçə yaşından məktəbə başlamalıdırlar? – Həkimdən AÇIQLAMA
“Qanunvericiliklə altı yaşı tamam olmuş hər bir uşaq məktəbə gedə bilər. Amma məktəbə başlama uşaqların ünsiyyət və vərdişlərindən, sağlamlığından asılıdır. Tez-tez xəstələnən uşaqlar yeddi yaşından məktəbə getsələr, daha yaxşı olar”. Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. “Məktəb […]
SAXAL HƏMAS-a məxsus yüzlərlə intihar kəməri aşkar edib – VİDEO
İsrail Silahlı Qüvvələri ölkənin cənubunda apardığı əməliyyatlar zamanı Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin atıb getdiyi 400-dən çox intihar kəməri aşkarlayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) bəyanatında bildirilir. Məlumata görə, bundan əlavə, yüzlərlə odlu silah və qumbaraatan, o cümlədən 760 RPQ, 106 raket, 1,5 minə yaxın qumbara və 375 odlu silah da aşkar […]