XəbərAl.az xəbər verir ki,Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 28 noyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Növcü kəndində səyyar görüşdə vətəndaşları qəbul edib. Qəbul zamanı RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə başçısının məlum sərəncam və fərmanlarından danışaraq bildirmişdir ki, sosial layihələr çərçivəsində respublikada olduğu kimi rayonumuzda da xeyli işlər görülmüşdür. Vurğulayıb ki, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. Görüşdə Ağsu rayonunda təbii fəlakət nəticəsində dəymiş ziyanla bağlı görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. İzah olunmuşdur ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi qeydiyyata alınmış fərdi yaşayış evlərinə baxış keçirilmişdir. Komissiya tərəfindən verilmiş rəylərə müvafiq olaraq həmin evlərdə təmir-tikinti işləri aparılır. Həmçinin bildirilmişdir ki, vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan fərdi yaşayış evləri barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsində asılmış, nümayəndəliyin işçilərinə əhalinin maarifləndirilməsi tapşırılmışdır. Eyni zamanda RİH başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayıl oğlu İsmayılov bu bölgədə infrastrukturun yenidən qürulmasına böyük tövhələr vermişdir. Qəbul zamanı 86 nəfər kənd sakini fərdi qaydada dinlənilmişdir. Sakinlər tərəfindən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün su arxlarının qazılması, kənd daxilində əlavə içməli su bulaqlarının qoyulması, Məlikçobanlı və Axundlu kəndlərinin telefonlaşdırılması, torpaq mülkiyyətçilərinin mineral gübrələrlə təmin olunması, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına tikintisi aparılan, hazırda son tamamlama işləri başa çatmaq üzrə olan uşaq bağçası-körpələr evində tərbiyəçi vəzifəsinə işə düzəlmək, həmçinin digər münasib işlərlə təmin olunmaq üçün köməkliklər göstərılməsi barədə məsələlər qaldırılmışdır. Bundan əlavə RİH başçısı Axundlu kənd sakini Babayev Asif Babalı oğlunun müraciəti əsasında onun evinə getmiş və orada zəlzələ fəsadlarının aradan qaldırılması istiqamətində aparılmış işlərlə tanış olmuşdur. A.Babyevin və digər vətəndaşların təklif və müraciətləri ilə əlaqədar aidiyyatı vəzifəli şəxslərə yerində müvafiq tapşırıqlar vermişdir. Səyyar görüş işgüzar şəraitdə keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Oxşar Xəbərlər
14 min manata istirahət: Bağ evlərinin cib yandıran kirayə qiymətləri
“Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım müşahidə olunur”. Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. O bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14 000 manat arasında dəyişir. Orta qiymətin isə 3 000-3 500 manat arasında dəyişdiyini söyləyən […]
İtaliya Avropada süni intellektli çatbotu bloklayan ilk ölkə oldu
İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli çatbota girişi məhdudlaşdırıb. İdarə şəxsi məlumatların işlənməsi ilə bağlı narahatlıqları ifadə edib. Beləliklə, İtaliyada ChatGPT-ni yaradan və idarə edən ABŞ şirkəti “OpenAI” tərəfindən yerli istifadəçilərin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu qərara səbəb isə martın 20-də çatbot istifadəçilərinin şəxsi məlumatlarının sızması olub. Bu zaman müəyyən müddət ərzində […]
Yanan meşə ərazilərinin bərpası işləri başlayıb
Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində yanaraq bioloji inkişafdan dayanmış, yıxılmış quru ağaclar və kollar təşkil olunmuş müvafiq briqadalar tərəfindən təmizlənərək ərazidən daşınır. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Oxu.Az-a bildirib ki, yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə payız ağacəkmə mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində […]