Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb.
VAZ-2107 markalı avtomobillə digər minik maşınının toqquşması nəticəsində Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü E.Həsənov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Xeberal.az