Siyasət

Deputatdan TƏKLİF: “Naxçıvanda aksiyalar keçirilsin”

Sharing is caring!

“Aidiyyəti dövlət qurumları Bakının tıxac probleminin həllində aciz qalıblar”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, şəffaf tender keçirilməli və xaricdən ekspertlər dəvət olunmalıdır:

“Bu ekspertlər gəlib təkliflər verməlidirlər. Nəinki yollarda, Bakı metrosunda da acınacaqlı vəziyyət hökm sürür. Metrodan elə fotolar paylaşılır ki, adam dəhşətə gəlir”, – deyə o əlavə edib.

Millət vəkili çıxışında Şuşa-Xankəndi yolundakı aksiyaların davamı kimi Naxçıvanda da eyni tədbirlərin keçirilməsini təklif edib.

“Naxçıvanda da aksiyalar keçirilə bilər, çünki Naxçıvan 30 ildir blokadadır. Naxçivanda da Naxçıvana yolun açılması üçün aksiyalar keçirilsə yaxşı olar”, – deyə Fazil Mustafa bildirib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir