“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmanverdi Həsənov vəzifəsindən azad edilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən “Report”a verilən məlumata görə, “Bakı Gəmiqayırma Zavodu”nda İdarə Heyəti yaradılıb.
Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.
İndiyə qədər zavodun direktoru olan İmanverdi Həsənov isə İH-nin sədr müavini kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.
Xeberal.az