Cəmiyyət

“Bakı Gəmiqayırma Zavodu”nun direktoru vəzifəsindən azad edilib

Sharing is caring!

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmanverdi Həsənov vəzifəsindən azad edilib. 

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən “Report”a verilən məlumata görə, “Bakı Gəmiqayırma Zavodu”nda İdarə Heyəti yaradılıb.

Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.

İndiyə qədər zavodun direktoru olan İmanverdi Həsənov isə İH-nin sədr müavini kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir