Qəbələ rayonunun Mirzəbəyli kəndində VAZ markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
FHN-dən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.