Dünya

Ərdoğanla Putin arasında telefon danışığı olub – VİDEO

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə prezidentinin administrasiyasından məlumat verilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, xüsusilə enerji məsələləri müzakirə edilib, taxıl dəhlizi və terrorla mübarizə başda olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan 13 milyon tondan çox taxılın ehtiyacı olanlara birgə səylərlə çatdırılmasını təmin etdiklərini bildirib. O, vurğulayıb ki, taxıl dəhlizi çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların da ixracı üzərində işə başlanıla bilər.

Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasındakı müharibənin dərhal  bitməsini də səmimi şəkildə arzuladığını dilə gətirib.

PKK/YPG/PYD-nin Suriyanın şimalında separatçı fəaliyyətlərinin və Türkiyəni hədəf alan terror hücumlarının davam etdiyinə diqqət çəkən  Ərdoğan 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, sərhəd boyu terrorçuların ən az 30 kilomet dərinliyinə qədər təmizlənməsinin vacib və əhəmiyyətli olduğunu qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir