Belçika millisinin baş məşqçisi Roberto Martinez Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlayıb.
Siyahıda 26 futbolçu yer alıb.
Qapıçılar: Tibo Kurtua, Simon Minyole, Kun Kastels
Müdafiəçilər: Tibo Alderveyreld, Yan Vertongen, Zeno Debast, Vaut Fas, Timoti Kastan, Artur Teate, Toma Mönye
Yarımmüdafiəçilər: Yannik Karrasko, Aksel Vitsel, Leander Dendonker, Amadu Onana, Yuri Tilemans, Hans Vanaken, Eden Azar, Leandro Trossard
Hücumçular: Romelu Lukaku, Dris Mertens, Şarl de Ketelare, Jeremi Doku, Mişi Batşuayi, Loi Openda
Qeyd edək ki, Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Belçika millisi qrup mərhələsində Kanada, Mərakeş və Xorvatiya komandaları ilə qarşılaşacaq.
Belçika yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.
Mənbə: Belçika millisinin rəsmi “Twitter” hesabı
Xeberal.az