XəbərAl.az-ın məlumatına görə, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinə start verilib. Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihədən Bakı şəhərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 – dən çox şagird faydalanacaq. Layihə iki hissədən ibarət olacaq. 1-ci hissə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gənclərin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstəriləcək. Layihənin 2-ci hissəsində ümumillikdə 150 nəfərdən çox gəncə layihə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar veriləcəkdir. Seanslar bitdikdən sonra həmin müəssisələrdən məzun olmuş gənclər Şamaxı rayonunda 3 günlük düşərgədə iştirak edəcəklər.
Oxşar Xəbərlər
İordaniya şahzadəsi ərə gedir
İordaniya kralı II Abdullahın böyük qızı, şahzadə İman ərə gedir. İordaniyanın kral sarayı şahzadənin nişanlandığını rəsmən elan edib. Şahzadənin Cəmil Aleksandr Termiotis adlı gənclə ailə qurmağa hazırlaşdığı bildirilib. Saraydan bəylə gəlinə sonsuz xoşbəxtlik arzulayıblar. Mənbə: gazeta.ru Xeberal.az
Bakıda polisin üstünə “Prius” sürən şəxsə hökm oxunub – VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda “Prius”u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs Rauf Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışı zamanı R.Qurbanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini […]
İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb – VİDEO
Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub. Xatırladaq ki, hadisə ötən gün baş verib. Mənbə: İHA Xeberal.az