Dünya

Rusiya kütləvi nüvə zərbəsi təlimləri keçirdi – VİDEO

Sharing is caring!

Rusiya düşmənin nüvə zərbəsinə cavab olaraq Silahlı Qüvvələrinin strateji nüvə qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək üçün təlimlər keçirib.

Prezident Vladimir Putin situasiya mərkəzindən quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin illik təlimini izləyib.

O, müdafiə naziri Sergey Şoyqunun hesabatını dinləyib.

Kremlin məlumatına görə, Plesetskdən “Yars” qitələrarası ballistik raketinin və Barens dənizindən “Sineva” ballistik raketinin buraxılışı Kamçatkadakı Kura poliqonunda həyata keçirilib.

Bundan əlavə, uzunmənzilli aviasiyanın “Tu-95MC” təyyarələrindən də istifadə edilib, onlar havadan atılan qanadlı raketləri buraxıblar.

Təlim zamanı hərbi idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin komandanlıq və idarəetmənin təşkili üzrə bacarıqları yoxlanılıb.

“Strateji çəkindirmə qüvvələrinin təlimi zamanı nəzərdə tutulan tapşırıqlar tam yerinə yetirilib, bütün raketlər göstərilən xüsusiyyətləri təsdiq edərək hədəflərinə çatıb”, – deyə Kremldən bildirilib.

Mənbə: Rossiya 24

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir