Cəmiyyət

Bu gün jurnalist Elnur Əşrəfoğlunun anım günüdür

Sharing is caring!

Bu gün jurnalist Elnur Əşrəfoğlunun vəfatından bir il ötür

Əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.

E.Əşrəfoğlu ilk vaxtlar Azərbaycan Televiziyasının (AzTV) “7 gün” proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra “Səhər” proqramında idman şərhçisi kimi çalışıb.

1994-cü ildə AzTV-də müəllifi olduğu “Sport digest” əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin “Xəbərlər” Baş redaksiyasında böyük redaktor, “İdman proqramları” Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.

1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.

Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”, “Sehrbaz” və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.

E.Əşrəfoğlu 16 il AzTV-də işləyib.

2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

2011-ci ilin oktyabr ayında “Space” TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.

E.Əşrəfoğlu 2021-ci il oktyabrın 19-da 47 yaşında koronavirusdan vəfat edib.

E.Əşrəfoğlu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Ailəli idi, iki övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir