“Qarabağ” Almaniyada “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi son məşqinə çıxıb.
“Report”un məlumatına görə, “Europa-Park” stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, sentyabrın 8-i təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Xeberal.az