Dünya

Türkiyədə terrorçuların boynundakı duanın içindən sui-qəsd planı çıxdı – FOTO

Sharing is caring!

Türkiyənin Diyarbakır vilayətində PKK/KCK terror qruplaşmasının üzvləri ələ keçiriliblər.

Saxlanılan terrorçuların polisə qarşı sui-qəsd hazırladıqları müəyyən edilib.

Qrup üzvlərinin şəhərin mərkəz nöqtələrində silahlı və bombalı terror aktları həyata keçirmək üçün hazırlıq gördükləri məlum olub.

Diyarbakırın Silvan rayonunda ələ keçirilən dörd nəfərin avtomobilinə baxış keçirilib. Müdafiə tipli əl qumbarası və bir ədəd 7,65 mm-lik tapança tapılıb.

Saxlanılan şəxslərdən birinin boynundan asılan duanın içindən sui-qəsd planı çıxıb. Duanın içərisində kəşfiyyat xarakterli qeydlər əks olunub. Qeydlər araşdırılıb və sui-qəsdin Diyarbakır Vilayəti Təhlükəsizlik İdarəsində çalışan iki polis məmuruna qarşı hazırlandığı məlum olub.

Axtarış zamanı polis məmurlarının adları, avtomobillərinin dövlət nömrə nişanları, yol marşrutları və keçid vaxtları, eləcə də terror aktının keçiriləcəyi yer barədə məlumatlar aşkar edilib.

Araşdırma davam edir.

Mənbə: CNNTürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir