Cəmiyyət

Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

Sharing is caring!

Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra qadın buraxılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir