Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə […]
İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb. Körpünün axşam saatlarında mavi, qırmızı və yaşıl rəngli işıqlarla bərq vurduğu bildirilib. Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Körpünün […]
Meyxanaçı Elşən Xəzər həbs olunması ilə əlaqədar iddialara aydınlıq gətirib. Bu barədə meyxanaçı sosial şəbəkə hesabında paylaşım edib. “Narahatlığa səbəb yoxdur. Bu xəbər yalandır”, – deyə o bildirib. O, belə bir xəbəri kimin yaydığını bilmədiyini söyləyib. Xeberal.az