Təhsil

“Mərhəmət evi” uşaq sığınacağının Şirvan şəhərində ilk məktəb günü -FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı
Mərkəzi “Sosial Xidmətlər” agentliyinin nəzdində ötən ilin sentiyabr ayından baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi kimi yaradılmışdır. 

Mərkəzin əsas fəaliyyət növü çətin tərbiyə olunan uşaqlar, valideyn himayəsindən məhrum olunmuş uşaqlardı. Ən əsas məişət fiziki cinsi zorakılığa məruz qalmış uşaqlar, insan alverinin qurbanı olan uşaqlar mərkəzə yerləşdirilmişdir.

Bu gün 15 Sentyabr bilik günü və yeni dərs ilinin başlanması münasibəti ilə Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı
Mərkəzindən orta məktəblər də təhsil almaq üçün 12 nəfər şagird yola salınıb. “Mərhəmət evi” uşaq sığınacağı Mərkəzinin rəhbəri İradə Poladın adından və eləcə də, mərkəzin kollektivi adından bu işdə mərkəzin şagirdlərinin təhsil almağı üçün şərait yaradan, Şirvan şəhəri icra hakimiyyətinə və təhsil şöbəsinə öz dərin minnətdarlığımızı bildiririk.

Xəbəral.az xəbər verir ki, sığınacaq da, yatılı qalması üçün, yemək, geyim, təhsil, asudə vaxtlarının təşkili, reabiltasiya pedaqoji, psixaloji xidmət öz əksini tapmışdır.
Müəssədə Yerli kordinator, pedaqoq psixoloq, dayə, xadimə, tibbi xidmət, və aşbaz fəaliyyət göstərilir.
Xatırladaq ki, Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı 24 saat fəaliyyət göstərir, fəaliyyətin ən üstün cəhəti ondan ibarətdir ki, təşkilata heç bir maliyyə dəstəyi yoxdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir