Tədbirlər

AZƏRBAYCAN SOSİALİST HƏRƏKATI TƏSİS OLUNDU

Sharing is caring!

2022-cü il oktyabrın 16-da Azərbaycan sosialist hərəkatının təşəbbüs qrupu yaranmış, onlar zəruri təşkilati məsələləri həlli ilə məşğul olmuş və Hərəkatın Proqramını hazırlamışlar. Təşkilat qrupu onlara həvalə edilmiş tapşırıqları yerinə yetirdiklərinə görə Azərbaycan sosialist hərəkatının fəalları ilə birlikdə Azərbaycan Sosialist Hərəkatını təsis etmək məqsədilə 15 iyul 2023-cü ildə təsis yığıncağı keçirtdilər.
Azərbaycan Sosialist Hərəkatının təsis edilməsinin təşəbbüskarlarından Ədalət Abdinov, Rövşən Qasımov, Natiq Nəcəfov, İnci İkpamlı, Xumar Cəfərova, Aybəniz Hacıyeva, Mirzəağa Məmmədov, Tale Mikayılov və Dəyanət Səlimxanlı çıxış edərək qeyd etdilər ki, Azərbaycan Sosialist Hərəkatı ölkədə kapitalizmə söykənən mövcud sosial və iqtisadi şərtlərə etiraz əlaməti olaraq meydana gəlib. Fərdlərdən daha çox cəmiyyətin gücünü qazanaraq həmin problemlərin həllini mümkün görən baxışa əsaslanan Azərbaycan Sosialist Hərəkatı sosializmin daha mülayim modeli olan Avropa modellərinə üstünlük verir.
Bolşevik modellərdə kollektivləşdirmə, liberal modellərdə isə fərd və cəmiyyət arasında konkret sərhəd əsas götürülürsə, bunların əksinə olaraq beynəlxalq sosialist modelində fərdin cəmiyyətdən ayrı olmadığına inanırlar.
Bərabərlik anlayışı sosialist ideologiyanı bir çox istiqamətdə fərqləndirir, siyasi dəyər kimi də liberlizm və mühafizəkarlıqdan tamamilə ayırır. Mühafizəkarlar ierarxiyaya inandıqlarına görə, sosial bərabərliyi mənasız hesab edirlər. Liberallar isə bərabərliyə inansalar da daha çox fürsət bərabərliyini müzakirə edirlər. Sosialistlər qeyri-bərabərliyi təbiətin onlara bəxş etməsindən daha çox cəmiyyət tərəfindən fərqli davranışların nəticəsi olduğuna inanırlar.

Təsis edilməsi qərara alınan Azərbaycan Sosialist Hərəkatı daha çox işçi sinifin hüquqlarını ön plana çıxarır və sinifsiz cəmiyyətin formalaşması üçün mübarizə aparır. Ona görə də sosialist cəmiyyətlər ya sinifsiz, ya da sinif adələtsizliklərinin əsasən olmadığı cəmiyyət kimi xarakterizə edilir.
İnsanları dostluğa, bərabərliyə, qardaşlığa, dünyada ən ədalətli cəmiyyət olan sosialist cəmiyyəti qurmaq uğrunda mübarizəyə səsləyib birləşməyə çağıran sosialistlər bərabərizliyin və rəqabətin kökünü xüsusi mülkdə görürlər. Burada xüsusi mülk deyiləndə günlük ehtiyaclar yox, sərvət və sərmayədən söhbət gedir.

Azərbaycan Sosialistlər Hərəkatının məqsədlərinin ümumi prinsiplərini, fəaliyyətinin və inkişaf istiqamətlərini müəyyən edən Proqrama uyğun onun respublikada və ondan kənarda beynəlxalq aləmdə daha geniş və səmərəli surətdə fəaliyyət göstərməsini təmin etmək üçün tədbirlər müəyyənləşdirildi.
Çıxış edənlər daha sonra bildirdilər ki, biz elə bir Hərəkat yaratmalıyıq ki, solçuluğa rəğbət bəsləyən bütün insanlar, xüsusən də gənc nəsil bu Hərəkatı özlərinin və gələcəkdə bütövlükdə azərbaycan xalqının xoşbəxt taleyini həll edə biləcək qüvvə kimi qəbul edə bilsinlər. Biz əməli işimizlə buna nail olmalıyıq və inanırıq ki, bu, belə də olacaqdır.

Bundan sonra yığıncaqda Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Resbublikasının qoşulduğu beynəlxalq müqavilələr əsasında azad, müstəqil, könüllülük prinsipi əsasında ümumazərbaycan statusu ilə fəaliyyət göstərən Azərbaycan Sosialist Hərəkatının təsis edildiyi qərara alınmışdır.
Yığıncaqda daha sonra Azərbaycan Sosialist Hərəkatının məqsədlərini, əsas prinsiplərini əks etdirən Azərbaycan Sosialist Hərəkatının Proqramı qəbul edilmişdir.
Yığıncaqda təşkilati məsələyə də baxılmışdır. Ədalət Abdinov yekdilliklə Azərbaycan Sosialist Hərəkatının sədri seçilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir