Təhsil

“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu

Sharing is caring!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, 9-cu siniflərə aid olan jurnalda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyası) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib.

Jurnalda xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalında da fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydası dərc edilib.

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib.

Hər iki jurnal Azərbaycan və rus dilində nəşr olunub.

Jurnalları bu gündən etibarən onlayn satış həyata keçirən kitab mağazalarından almaq olar. 2021-ci il yanvarın 5-dən etibarən isə www.abiturient.az saytından jurnalları sifariş etmək mümkün olacaq, həmçinin DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” köşklərində satışa veriləcək:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

abituriyent.az saytından edilən onlayn sifariş zamanı nəşrlər 2021-ci il yanvarın 5-dən etibarən poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir