Tədbirlər

“Saglam Ruh- xoşbəxt gələcək” layihəsininn növbəti tədbiri uğurla həyata keçirildi.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihənin qalibi olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” adlı layihənin təlimləri davam edir. Bu dəfə Zəminə Babayevanın rəhbərlik etdiyi 9e sinif şagirdlərinə təlim keçirildi.

Təlimi girişində layihə rəhbəri Leyla Camalzadə açaraq layihənin məqsəd və vəzifələrini şagirdlərin nəzərinə çatdırdı.

Məktəbin direktoru Əliağa Səfərəliyev diqqət və dəstəyini əsirgəmədi. Təlimin təşkilatçılığı ilə yaxından maraqlandı.

Təlimin qonaqları “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı və “Gənc İnsan Hüquq müdafiəçiləri” İctimai Birliyinin Sədri Rəvan Cəfərli də öz dəyərli fikirlərini bölüşdü. Onlar şagirdlərə pozitiv mesajlar ötürdü.

Layihənin eksperti, hüquqşünas Sərxan Sadıxov təlimi yüksək qiymətləndirərək şagirdlərlə motivasiyaedici söhbətlər apardı. Öz həyat təcrübəsindən nümunələr gətirərək Onları əzmli, səbirli və həvəsli olmağa səslədi. Nə olursa olsun hər zaman çıxış yolunun olduğunu izah etdi.

Məktəbdə 8 dənə 9 – cü sinif olduğu üçün bu təlim də daxil olmaqla 8 təlim keçiriləcək. Və valideynlər üçün offline və online görüşlər keçirilməsi planlaşdırılır.

Şagirdlər çox fəal iştirak sərgilədilər. Təlimin onlar üzərində böyük təsiri oldu. Təlim boyu şagirdlərin güclü psixologiyaya sahib olduqları, hadisələrə daha pozitiv yanaşdıqları müşahidə olundu.

Sağlam RuhXoşbəxt Gələcək

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir