Tədbirlər

” Saglam ruh- xoşbəxt gələcək” layihəsinin icrası davam edir.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 23 oktyabr 2021 – ci il Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihənin qalibi olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” adlı layihənin təlimlərinə başlanıldı. İlk olaraq Şəhla Nağıyevanın rəhbərlik etdiyi 9b sinif şagirdlərindən başlanıldı. Təlim öncəsi cəmiyyətə sosial çağırışlar əks etdirən şəkillər çəkildi. Şagirdlər həmyaşıdlarına müsbət mesajlar ötürdü.

Daha sonra təlim başladı. Təlimi giriş sözü ilə layihə rəhbəri Leyla Camalzadə açaraq layihənin məqsəd və vəzifələrini şagirdlərin nəzərinə çatdırdı.

Bütün təlim boyu məktəbin direktoru Əliağa Səfərəliyev diqqət və dəstəyini əsirgəmədi. Mütəmadi olaraq təlimə baş çəkir, öz tövsiyyələrini verirdi.

Psixoloq Günay Bayramovanın şagirdlərlə apardığı psixoloji müşahidələr, interaktiv oyunlar təlimi daha da maraqlı etdi. Şagirdlər onları narahat edən problemləri psixoloqa ünvanlandı.

Psixoloq və təlimçinin birgə dəstəyi, apardıqları maarifləndirici təlim şagirdlərdə yüksək əhval ruhiyyə yaratdı.

Məktəbdə 8 dənə 9 – cü sinif olduğu üçün bu təlim də daxil olmaqla 8 təlim keçiriləcək. Və valideynlər üçün offline və online görüşlər keçirilməsi planlaşdırılır.

Şagirdlər çox fəal iştirak sərgilədilər. Təlimin onlar üzərində böyük təsiri oldu.

Sağlam Ruh Xoşbəxt Gələcək

Hazırladı: Tünzalə

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir