Tədbirlər

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşəbbüsü ilə Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi elan edilib. Rəsm müsabiqəsinin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün 15 dekabrdan 24 yanvar tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən gənclərdən müsabiqə şərtləri ilə tanış olaraq, müraciət formasını doldurmaları tələb olunur.

Rəsmləri ilə müsabiqəyə qatılan gənclərin əsərləri Fondun saytında və sosial media hesablarında yerləşdiriləcək, qaliblər isə peşəkar münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Gənclər Fondu mütəmadi olaraq gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və aşılanması məqsədilə müxtəlif səpkilərdə layihələr həyata keçirməkdədir. Türkiyə Gənclər Fondu ilə birgə təqdim edilən layihə də hər iki ölkə gəncləri üçün bu məqsədə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir