Şou-Biznes

Müğənni Zöhrə Abdullayeva tanınmaz halda- Fotolar

Sharing is caring!

Xalq artisti Brilliant Dadaşova və aparıcı Hacı Nuran Hüseynov səhhətində problem olan Əməkdar artist Zöhrə Abdullayevanı ziyarət ediblər.

XəbərAl.az xəbər verir ki, onlar müğənni ilə çəkdirdikləri fotonu İnstaqramda paylaşıblar. 30 kiloqram arıqlayan Z.Abdullayevanın son halı görənləri təəccübləndirib.

Qeyd edək ki, revmatizmadan əziyyət çəkən ifaçının son günlər səhhəti daha da pisləşib. Müğənni yanlış müalicənin nəticəsində bu hala qaldığını deyib. O bildirib ki, qəbul etdiyi dərmanlardan sonra yemək yeməməyə başlayıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir