Şou-Biznes

“Müğənnilərin olduğu “şəngülüm” verilişlər bitsin” – Murad MTRŞ-ya səsləndi

Sharing is caring!

Müğənni-bəstəkar Murad Arif MTRŞ-ya səslənib.

XəbərAl.az xəbər verir ki, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib:

“MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq… Dost-düşmən baxır, ayıbdır!

Bu yeknəsək, müğənnili, divanlı “şəngülüm” verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda “hökmən müğənni də gəlsin” formatı 2021-ci il üçün yaramır axı.

İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri… Xaos, fars, dəxlisizlik… O qədər pis idi ki…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir