Şou-Biznes

Mühafizəçi məşhur müğənniyə sillə vurdu

Sharing is caring!

NBA ulduzu Viktor Uembanyamanın mühafizəçilərindən biri dünyaca məşhur müğənni Britni Spirsi vurub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müğənni sosial media hesabında paylaşım edib.

NBA ulduzu Viktor Vembanyama ilə selfi çəkdirmək istəyən Spirs Wembanyamanın mühafizəçilərindən birinin ona sillə vurduğunu deyib:

“Travmatik hadisələr mənim üçün çox da yeni deyil, çox şey yaşadım, amma dünən gecə baş verənlərə heç hazır deyildim. Mən onun yanına gedib uğuruna görə təbrik etmək istədim. Çox uzaqda idi, ona görə də diqqətini cəlb etmək üçün çiyninə toxundum. Nə baş verdiyini görə bilmədim. Həmin adam məni çiynimdən yox, arxamdan tutdu və mənə sillə vurdu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir