Şou-Biznes

Məşhur aktrisa küçədə uşaq əmizdirməsindən danışdı

Sharing is caring!

Hollivud ulduzu Salma Hayek qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aktrisa orta məktəbdə oxuyarkən uşaqların ona "Nedadora" ləqəbi verməsindən danışıb.

“Bütün qızların sinəsi var idi, hamısı qadın forması almışdılar. Təkcə mən taxta kimi dümdüz idim. Buna görə uşaqlar mənə “Nedadora” ləqəbini vermişdilər. Bu “üzgüçü” demək idi. Üzgüçülərin adətən bədənləri düz olur”, – o qeyd edib. 

Onun sözlərinə görə, illər sonra üzgüçü olmadığımı bütün Mexiko görüb: "Bir dəfə anamla şəhərdə gəzirdik. Onun şəkər xəstəliyi olduğundan vaxtında yemək yeməsə problem yaranırdı.

Anam opera müğənnisidir. Birlikdə küçədə yemək masaları olan ucuz kafelərdən birində oturduq. Eynəyimi taxdım. Tanınmamaq üçün gödəkçəmin papağını da başıma keçirdim və oğlumu əmizdirməyə başladım. Heç kim bizə baxmırdı. Bu vaxt küçə musiqiçiləri yanaşıb mahnı oxumağa başladılar.

Anam durarmı? Öz opera qabiliyyətini göstərmək üçün ayağa durub oxumağa başladı. Küçədəkilərin hamısı ətrafımıza yığışdı. Alqışlar gəldikcə, anam coşurdu. Üzümü gizlətməyə çalışırdım. Amma basabas yarandı, gödəkçəm üstümdən düşdü, sinəm açıldı. Uşaq əmizdirdiyimi də, üsgüçü olmadığımı da gördülər”,  – aktrisa zarafatla bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir