Şou-Biznes

Məşhur aktyor gecə saat 3 də səhvən getdiyi evin sahiblərinə nə dedi?

Sharing is caring!

Tanınmış kinoaktyor Mert Fırat  maqazin proqramlarından birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, aktyor gecə saat 3-də sərxoş halda evə dönərkən yanlışlıqla özlərinin deyil, qonşunun qapısını döyüb.

“Zəngə basıram  açmırlar. Amma üstümdə də açarım yox, məcburam qapını açsınlar ki, evə girəm. Ayaq üstə zorla dayanırdım. Çox sərxoş idim. Uzun-uzadı israrımdan sonra qapı açıldı. Qonşumun əri hirsli- hirsli üzümə baxırdı. Nə deyəcəyimi bilmədim. İçəri boylanıb gördüm ki, bizim ev deyil. Vəziyyətdən çıxmaq üçün “Bizdə qəhvə qurtarıb. Sizdə varmı? Anam xahiş elədi deyim ki, sabah sizə yemək yeməyə gələcəyik”, – dedim.  

Qonşumun o an məni döyməsi lazım idi. Amma yəqin anladı ki, sərxoşluqdandır. Gətirib məni evimizə salıb getdi”, –  aktyor xatirəsini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir