Şou-Biznes

İlkin Həsəni də tıxacdan şikayətləndi: “Cəzasızlıq…”

Sharing is caring!

Tanınmış aparıcı, aktyor İlkin Həsəni paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "20 Yanvar" ərazisindəki tıxac problemi barədə yazıb.

Aparıcı bildirib ki, bu tıxac problemi həll olunmalıdır:

"Bunu da dünən MTV-də qonaq olarkən çəkdim. Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta 1 nəfər” problemi. 3 aydan bir faydası olmayan reydlərlə, “Hörmətli sürücü burada maşın saxla…” deməklə deyil, konkret addımlar atmaq lazımdır. Orada maşın saxlayan sürücülər cərimə olunsa, sizcə, yenidən orada saxlayar? Yox! Ölkəmizin ən böyük problemi də budur, cəzasızlıq!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir