Şou-Biznes

Oğlu həbs olunan Manaf Ağayevdən AÇIQLAMA: “İçkili olub”

Sharing is caring!

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşfiq Ağayev sərxoş halda avtomobil idarə etdiyi üçün dünən həbs edilib. 

Lent.az xəbər verir ki, Müşfiqin polisə müqavimət göstərdiyi və patrul əməkdaşlarını təhqir etdiyi deyilir.

Məsələ ilə bağlı müğənni Manaf Ağayevlə əlaqə saxladıq. Onun köməkçisi müğənninin adından bildirdi ki, M.Ağayev oğlu ilə hələ ki, danışa bilməyib:

"Qanunları pozub və buna görə də cəzalanıb. Müqavimət olmayıb. Toydan çıxanda içkili olub. Mübahisə ediblər, polis ona nəsə deyib, Müşfiq də cavab qaytarıb. İndi də cəzasını çəkəcək. Beş gün azadlıqdan məhrum edilib. Burada nə var ki? Görüşməmişəm, hələ ki, görüş verilmir".

Qeyd edək ki, Müşfiq Ağayev barəsində beş sutkalıq həbs qərarı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir