Şou-Biznes

Məşhur aktrisa ZORLANDIĞINI AÇIQLADI

Sharing is caring!

"Aclıq oyunları" filminin qəhrəmanı Jena Malone filmin ikinci hissəsinin çəkilişləri zamanı cinsi təcavüzə məruz qaldığını etiraf edib. 

Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında məlumat verib. 

Amerikalı aktrisa bildirib ki, Fransada film çəkilişi bitdikdən sonra şəklini sosial şəbəkədə paylaşaraq, dayandığı yerdə ağlayıb:

"Bu şəkil "Aclıq oyunları" filminin 2-ci hissəsi bitdikdən dərhal sonra çəkilib. Çəkiliş meydançasında olan hər kəslə vidalaşmalı oldum. Biz Fransanın çöllərində gözəl bir mülkdə çəkiliş aparırdıq və sürücüdən məni həmin sahədə tək qoymasını xahiş etdim ki, ağlaya bilim. Parisdə bu dəfə mənim üçün çox çətin olsa da, çətin bir ayrılıq keçirdim. Eyni zamanda işlədiyim şəxs tərəfindən cinsi istismara məruz qaldım. Amma bu layihəyə görə çox minnətdar idim".

Jena əlavə edib ki, yaşadıqlarından sonra özünə gəlməyə çalışıb və bu, uzun zaman alıb. 

Bundan başqa, Jena Malone ona kimin cinsi təcavüz etdiyini açıqlamayıb. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir