Şou-Biznes

Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI – VİDEO

Sharing is caring!

Məşhur hataylı müğənni Karsu Dönmez sosial media hesabında paylaşdığı videoda Hatayda dağıntılar altında qalan qohumları üçün ağlayaraq yardım istəyib.

Lent.az xəbər verir ki, o, videoda bu sözləri söyləyib:

“Mən də hər kəsə bir mesaj yollamaq istəyirəm. Çox yazırsınız. Xalam, nənəm, xalauşaqlarım yoxdur… Hataya yardım çox getmir, onu da ailəmdən eşidirəm. Allah hər kəsin köməyi olsun”.

Karsu etdiyi paylaşımdan 4 saat sonra nənəsinin tapıldığını və xəstəxanaya yerləşdiyi barədə sosial media hesabında paylaşım edib. Digər qohumlarından isə hələ ki, xəbər yoxdur.

Videonu təqdim edirik:
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir