Şou-Biznes

Eşton Kutçer Demi Murla boşanmalarından danışdı

Sharing is caring!

2005-ci ildə evlənən Hollivud ulduzları Eşton Kutçer və Demi Mur 2013-cü ildə boşanmışdılar.

Lent.az-ın xəbərinə görə, bu günlərdə “Esquire” jurnalına müsahibə verən Eşton Kutçer Demi ilə yaşadığı illər və övlad sahibi olmaq istəyi barədə danışıb.  

“Uşaqları dəhşətli dərəcədə sevirəm. Əgər uşaqları bu qədər sevməsəydim, 3 uşaqlı bir qadınla evlənməzdim. Bryus Uillis və Demi Murun birgə nikahından doğulmuş 3 qıza yaxşı ata olmağa çalışırdım. Demi yenidən hamilə olanda sevindim. Amma o uşağı itirdik. Bu çox acı bir duyğu idi. Sonra arzulasaq da, yenidən övlad sahibi ola bilmədik”, – deyən Eşton boşanmanın ona çox ağır təsir etdiyini bildirib.

“Boşanmaq o deməkdir ki, sən ailəni qoruyub saxlamağı bacarmadın. Bu kişi üçün xüsusilə utancvericidir”,- aktyor bildirib.

Eşton Kutçer hazırda aktrisa Mila Kunis ilə evlidir və iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir