Şou-Biznes

Hadise məşhur futbolçu ilə EŞQ YAŞAYIR

Sharing is caring!

Ötən ilin sentyabrında Mehmet Dinçerlərdən qısa müddətdə boşanan 37 yaşlı türkiyəli müğənni Hadisenin yeni münasibətə başladığı deyilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray”ın sabiq futbolçusu Alpaslan Öztürkün həyat yoldaşı Ebru Şancı “Söylemesəm” verilişində 29 yaşlı ulduz futbolçu Mauro İkardinin Hadisə ilə eşq münasibəti yaşadığını iddia edib. 

Hadisə ilə İkardinin yaxınlığını canlı yayımda öyrəndiyini deyən Şancı, "Qalatasaraylı bir futbolçunun həyat yoldaşından öyrəndim və o bunu çox açıq şəkildə söylədi. Keçən həftələrdə Hadisə yaxınlarına İkardidən elektrik aldığını və bəyəndiyini söyləyib. O, Qalatasaray matçına getmişdi, normalda heç vaxt getmirdi. İkardi və Hadisə hər ikisi kaprizləri ilə tanınan adlardır. Onsuz da tezliklə eşidiləcək" deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir