Şou-Biznes

Bahar Lətifqızının xəstəliyi ilə bağlı AÇIQLAMA: “Nəfəs ala bilmirdi”

Sharing is caring!

Müğənni Şəbnəm Tovuzlunun həmkarı Bahar Lətifqızı ilə bağlı paylaşımı diqqət çəkib.

Lent.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşıma bu sözləri yazıb:

"Dəyərli bacım, bu balaca xəstəlik səni yenə bilmədi. Səni Allah sevir və əsas da səni sevən rəfiqələrin var".

Bahar xanımın vəziyyəti ilə bağlı onunla əlaqə saxladıq. Müğənninin prodüseri Vəfa Nuriyeva Lent.az-a açıqlamasında bildirdi ki, ifaçı noyabrın əvvəli xəstələnmişdi:

"20 gündür qrip olmuşdu. Xəstəliyi müddətində analiz verib, heç bir problem çıxmadı. Sadəcə bronxlarında iltihablanma var idi və nəfəs almaqda çətinlik çəkirdi. İndi Şükür yaxşıdır, çəkilişlərə gedir. Heç bir xəstəliyi yoxdur. Diqqətiniz üçün çox sağ olun".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir