Sosial

Deputat veteran pulunun minimum ehtiyac meyarı məbləğində olmasını təklif etdi

Sharing is caring!

“Hər birimiz Zəfər Müharibəsində işğal edilmiş torpaqlarımızın azad olunmasında qan tökən həm şəhidlərə, həm qazilərə, həm də müharibə iştirakçılarına hər zaman diqqətli olmalı, onlara qayğı göstərməliyik”.

 

XəbərAl.az xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı deyib 

  

Deputat bildirib ki, birinci Qarabağ müharibəsinində şəhid olanlara və Qarabağ qazilərinə maşın, ev təminatında xüsusi proqram mövcuddur:

 

“Və bu, yüksək səviyyədə reallaşdırılmaqdadır. İndi bunlara Vətən Müharibəsində şəhid və qazi olan, müharibə veteranları da əlavə olunur. Onların ev və maşın problemləri tezliklə həll edilməlidir. Bu vacib məsələnin həlli üçün məncə, ayrıca proqram qəbul edilməli və həmin proqram yaxın bir-iki il ərzində həyata keçirilməlidir”.

 

Deputat eyni zmanda vurğulayıb ki, Vətəm müharibəsinin şəhid ailələrinə və əlil olanlara dövlət tərəfindən pensiyası müəyyənləşəcək:

 

“Müharibə iştirakçıları, başqa sözlə desək veteranlar indi 80 manat müavinət alır. Bu azdır və minimum ehtiyacı ödəmək gücündə deyil. Ona görə də, təklif edirəm ki, bu vəsaitin miqdarı minimum ehtiyac meyarı olan 196 manat səviyyəsinə qaldırılsın. Buna onların tam haqqı çatır. Bu yanaşma həm də birinci Qarabağ Müharibəsi veteranlarına da şamil edilməlidir.

 

Digər vacib məsələ, Vətən müharibəsi veteranları hərbi xidmətdən qayıtdıqdan sonra işlə təmin olunmalıdı. Bunun üçün xüsusi proqram hazırlanmalı, onların məşğulluğu xüsusi proqramla həyata keçirilməlidir.

 

Diqqətinizə görə təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir