Sosial

Qərargah: Karantin infrastrukturu daha çox sərhəd-keçid məntəqələri olan yerlərdə qurulub

Sharing is caring!

“Karantin infrastrukturu sərhəd-keçid məntəqələri olan yerlərdə daha çox qurulub”.

 Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bəzən bundan sui-istifadə edərək hansısa rayonda koronavirusa yoluxmanın daha çox olduğu barədə fikirlər səsləndirilir: “Hansısa rayonda 5, hansısa rayonda 7 xəstə ola bilər. Hansısa rayonu qırmızı, qara rənglə göstərmək, pandemiya ocağı kimi təqdim etmək olmaz”.