Sosial

Azərbaycan aparılan koronavirus testlərinin sayına görə 30-cu yerdədir

Sharing is caring!

“Bu gün 3-4 min arasında testin həyata keçirilməsi təmin olunub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

  1. Bayramlı deyib ki, gələcəkdə testlərin sayının gündəlik 5 minə çatdırılması nəzərdə tutulub. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, bu gün Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdə qərarlaşıb: “Bu, yaxşı nəticədir. Bəzi ölkələrdə yoluxanların sayının az olması testlərin az aparılması ilə bağlıdır”.