Siyasət

Baş Prokurorluqdan ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILDI

Sharing is caring!

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

APA-nın əldə etdiyi xəbərə görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir