Siyasət

Bir qrup hərbi qulluqçuya mənzillər verildi – FOTO

Sharing is caring!

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya yeni mənzillər təqdim edilib.

“Report” xəbər verir ki, mənzillərin açarlarının təqdimetmə mərasimi “Hövsan” yaşayış kompleksində keçirilib.

Təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.

Polkovnik Elçin Əliyev xatırladıb ki, keçən il hərbçilərə 473 mənzil verilib. Bu il həmin mənzillərin bir hissəsi tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində təqdim ediləcək:

“Bununla bağlı Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti adından cənab Prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, indiki mərhələdə 20-yə yaxın hərbi qulluqçuya mənzillərin açarları təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir