Siyasət

Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklər

Sharing is caring!


Bakıdan uzaqda Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları martın 10-da respublikanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək Rusiya prezidenti seçkisində erkən səsvermədə iştirak edə bilərlər.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Paytaxt rayonundan xeyli aralıda yerləşən Rusiya Federasiyası vətəndaşlarının rahatlığı üçün Gəncə şəhərində erkən səsvermə imkanı təmin edilib. 10 mart 2024-cü il saat 10:00-dan 18:00-dək qədər şəhər administrasiyasında səs vermək mümkündür”, – məlumatda deyilir.

Martın 17-də isə Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək və bu məntəqə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasında açılacaq.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək ​​keçiriləcək. Rusiya vətəndaşları etibarlı xarici və ya daxili pasport təqdim etməklə səs verə biləcəklər.

Xatırladaq ki, Federasiya Şurası Rusiya prezident seçkisini 2024-cü il martın 17-nə təyin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir