Siyasət

Ceyhun Bayramov Helqa Şmidlə görüşdü: “Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir” – FOTO

Sharing is caring!


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ATƏT-in Baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar Azərbaycan-ATƏT əməkdaşlığını müzakirə ediblər.

Həmçinin, Ceyhun Bayramov diqqətə çatdırıb ki, Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir