Siyasət

Elçin Əmirbəyov: “Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik”

Sharing is caring!


“Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin “Zenger” portalına açıqlamasında söyləyib.

Azərbaycanın ABŞ-nin din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsinə münasibət bildirən E.Əmirbəyov ölkəmizin bu qərardan təəssüfləndiyini vurğulayıb.

“Biz bu qərəzli və əsassız fikirləri rədd edirik. Roma Papası Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq modeli kimi qiymətləndirib. Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi və ya xristian olmasından asılı olmayaraq, hamımız bir ailəyik. Bu, bizim genofondumuzun bir hissəsidir”, – E.Əmirbəyov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir