Siyasət

Qərbi Azərbaycan İcması: “Ermənistan Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir”

Sharing is caring!


“Fransada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə anti-Azərbaycan bəyanatlar verib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb.

“Öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və icmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünüidentifikasiya hüququna əsaslanır. Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaların saxlanması məsələsinə aydınlıq gətirməlidir.

Açıq-aşkar görünür ki, Ermənistanın baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Fransanın Ermənistana böyük miqdarda silah satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir.

Biz N.Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik”, – deyə bəyanatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir